Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
İqtisadiyyat

Mikro sahibkarlar mobil həllərlə bəyannamə verə biləcəklər - RƏSMİ

Paylaş:
Mikro sahibkarlar mobil həllərlə bəyannamə verə biləcəklər - RƏSMİ
Bizi Google News-da izləyin

2027-ci ildən Azərbaycanda mikro sahibkarlar vergi bəyannamələrini mobil həllərlə avtomatik təqdim edə biləcəklər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, mikro və kiçik sahibkarlıq subyektləri say baxımından sahibkarlıq subyektlərinin əksəriyyətini təşkil edir: "Bu subyektlər üçün, xüsusilə də "İnzibati icraat haqqında" qanunvericiliyin tətbiqi və inzibati proseslərin sadələşdirilməsi məqsədilə bir sıra yeniliklər nəzərdə tutulur. Bu istiqamətdə hazırlıq işləri ötən il müzakirə edilib və qanunvericilik layihəsi də təsdiqlənib. Növbəti il mikro sahibkarlıq subyektlərindən başlayaraq, mobil həllər vasitəsilə mövcud olan məlumatlar əsasında bəyannamələrin tam avtomatlaşdırılmış qaydada təqdim edilməsi prosesinə keçməyi planlaşdırırıq. Bununla bağlı müvafiq texniki həllər artıq tamamlanmaq üzrədir. Gözlənilir ki, 2027-ci ilin I rübünün hesabat dövründən etibarən sahibkarlar bu imkandan istifadə edə biləcəklər".

Bundan başqa, vergi rəsmisi deyib ki, biznesin təsdiqi üçün vergi və bank məlumatlarından istifadə ediləcək. "Maraqlı yeniliklərdən biri odur ki, vergi orqanlarının və bankların elektron sistemlərə inteqrasiyası nəzərə alınaraq, artıq biznesin təsdiqi prosesinin avtomatik qaydada həyata keçirilməsi planlaşdırılır. Yəni kifayət qədər elektronlaşmış cəmiyyətdə mövcud informasiya sistemlərindəki məlumatlar əsasında bu prose sin avtomatlaşdırılması nəzərdə tutulur. Digər yenilik isə birbaşa təqdimatın sadələşdirilməsi ilə bağlı olmasa da, mikro və kiçik sahibkarlıq subyektlərinin mövcud zonadan daha geniş imkanlar əldə etməsi və daha çox məşğulluğun təmin olunması ilə əlaqədardır. Məsələn, məşğulluq səviyyəsinin %- çatdırılması kimi hədəflər nəzərdə tutulur. Əsas hədəfimiz inzibati araşdırmaların minimum səviyyədə aparılması və onların maksimum dərəcədə risk əsaslı olmasıdır. Bununla da, vergi və digər qanunvericilik tələblərinin biznes üçün daha asan və əlçatan olması təmin ediləcək"./report

Paylaş:

Ən son xəbərlər