Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 9, 41, 45, 93, 96 nömrəli şəhərdaxili, 213, 539, 557 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba, Bakı-Qusar, Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sənədlər dekabrın 10-u saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mobil: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba və Bakı-Qusar istiqamətlərində 12 lot üzrə dekabrın 11-də;