"Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun, çünki maliyyə məsələsi üzə çıxanda Mədəniyyət Nazirliyinin edəcəyi bir şey olmur".
APA xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.