İran yeni kəşfiyyat nazirinin adını və simasını 8 aya yaxındır ki, ictimaiyyətə açıqlamır.Trend xəbər verir ki, bu il 22 martda İranın informasiya məsələləri üzrə vitse-prezidenti Seyid Məhəmməd Tabatabai “X” sosial şəbəkəsində İran prezidenti Məsud Pezeşkian tərəfindən nazirliyə yeni rəhbər təyin edildiyini açıqlamışdı.
O, yeni nazir barədə məlumatların lazım olan vaxtda veriləcəyini bildirmişdi. Lakin təyinatdan 8 aya yaxın vaxt keçməsinə baxmayaq yeni nazir barədə heç bir rəsmi məlumat yoxdur.