Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Nigar Fərhadın əri yenidən həbs olundu

Paylaş:
Nigar Fərhadın əri yenidən həbs olundu
Bizi Google News-da izləyin

“AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə ev dustaqlığına buraxılıb.

Məlumata görə, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar verib.

Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4 (külli miqdarda dələduzluq) və 318-1.1 və 320-1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

APA

Paylaş:

Ən son xəbərlər