Özünü xeyriyyəçi kimi göstərərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloqer Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.
Pravda.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.
Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.