Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Arvadını döyərək yüngül xəsarət yetirən şəxs cinayət məsuliyyətindən azad edildi 

Paylaş:
Arvadını döyərək yüngül xəsarət yetirən şəxs cinayət məsuliyyətindən azad edildi
Bizi Google News-da izləyin

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Rafiq Yusifzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, Abşeron Rayon Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad olunub. Rafiq Yusifzadə barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilib. Apellyasiya protesti təmin edilib.

İş materiallarına görə, hadisə 2026-cı ildə saat 22 radələrində Abşeron rayonu ərazisində baş verib.

Belə ki, Rafiq Yusifzadə arvadı, zərərçəkmiş Səbinə Yusifzadənin (adı, soyadı şərtidir) vaxtında yemək vermədiyinə görə irad bildirib. Bundan sonra tərəflər arasında bu məsələ ilə yanaşı, qısqanclıq və digər ailə-məişət zəminində yaranmış narazılıqlar səbəbindən mübahisə baş verib.

Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək ona əl və yumruq zərbələri endirib. O, Səbinənin sifət, baş və qol nahiyələrinə ardıcıl zərbələr vuraraq onun yerə yıxılmasına səbəb olub.

Bundan sonra Rafiq yerdə olan zərərçəkmiş şəxsin bel, ayaq və bədəninin müxtəlif nahiyələrinə ayaq, yəni təpik zərbələri endirib.

Nəticədə zərərçəkmiş şəxsin sol yuxarı ətrafında müəyyən hərəkət məhdudluğu ilə müşayiət olunan sol saidin dərialtı hematoması, sol bazu oynağı nahiyəsində, sol kürəkaltı nahiyədə və sağ budunda qançırlar əmələ gəlib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdu. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Protestdə hökmün cinayət qanununun normasının düzgün tətbiq edilməsi ilə dəyişdirilməsi xahiş olunub. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən dövlət ittihamçısı apellyasiya protestinə əlavə təqdim edib. Əlavədə qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edib. Bu əsasla dövlət ittihamçısı onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər