Bu gün saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.