Azərbaycan və Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək.
Azərbaycan bu ölkə ilə pensiya təminatı sahəsində əməkdaşlıq edəcək
Bu barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.