“Azərbaycan Respublikasının 2027─2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.