Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu

Paylaş:
Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu
Bizi Google News-da izləyin

Rusiyanın Kurqan şəhərində yerləşən “Versal” restoran-hotel kompleksi satışa çıxarılıb.

Obyektin sahibi hazır biznesi 265 milyon rubla (təxminən 5 milyon 596 min 270 manat) satmaq istəyir.

Məlumata görə, kompleks Kurqan şəhərinin Qoqol küçəsi, 98a ünvanında yerləşir. Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.

2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.

Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.

Lent.az

Paylaş:

Ən son xəbərlər