Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.
Məlumata görə, qeyd olunanlar nəzərə alınaraq, mediada, sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
Həmin şəxslərin siyahısını təqdim edirik:
1. Ehsan Movəhhediyan - Siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbayi Universitetinin müəllimi
2. Əhməd Fərşbafiyan - Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri
3. Kamran Qəzənfəri - İran İslam Şurası Məclisinin deputatı
4. Əlirza Beyqi - İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi
5. Əbülfəzl Zöhrəvənd - İran İslam Şurası Məclisinin deputatı
6. Abbas Moqtədayi Xorasqani - İran İslam Şurası Məclisinin deputatı