Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.
Bu barədə noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.