Azərbaycanın 10 ali təhsil müəssisəsi QS beynəlxalq reytinq agentliyinin dünyanın ən yaxşı 1000 universiteti siyahısına daxil edilib. Onlardan üçü ilk 800 universitetin sırasında qərarlaşıb.
Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Tbilisidə keçirilən “Study in Azerbaijan” təhsil sərgisində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda tədris proqramlarının müasirləşdirilməsi, ali təhsil müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, akademik potensialının gücləndirilməsi və beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. İ.İsayev qeyd edib ki, bu tədbirlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, əmək bazarının tələblərinə uyğun bilikli və bacarıqlı mütəxəssislər hazırlamaqdır.