Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəməkdə ittiham edilən şəxs qərardan narazıdır 

Paylaş:
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəməkdə ittiham edilən şəxs qərardan narazıdır
Bizi Google News-da izləyin

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmamaqda ittiham olunan İlham Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Rəsmi məlumata görə, Cinayət Məcəlləsinin külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələrilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.

Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlham Abbasovun barəsində Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində ittihamedici hökm çıxarılıb. 

 Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər