Ağstafa rayonunun Aşağı Göycəli kəndində bir ailənin üç üzvü zəhərlənib.
Pravda.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Mahmudovlar ailəsində baş verib.
Məlumata görə, səhər saatlarında süfrə arxasında yemək yeyəndən bir qədər sonra ata, ana və oğulun vəziyyəti qəfil pisləşib. Zəhərlənən şəxslər 62 yaşlı Mirhəsən Mahmudov, 58 yaşlı həyat yoldaşı Nəsibə Mahmudova və 30 yaşlı oğulları Mirmahir Mahmudovdur. Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.