Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Bakıda adam oğurluğunda ittiham olunan dəstə üzvlər yenidən məhkəmə qarşısında 

Paylaş:
Bakıda adam oğurluğunda ittiham olunan dəstə üzvlər yenidən məhkəmə qarşısında
Bizi Google News-da izləyin

Bakıda adam oğurluğunda ittiham olunan Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq. 

İttihama görə, Rövşən Eyyubov paytaxt sakini Balakərim Umudovu oğurlamaq niyyəti ilə bir qrup şəxslə qabaqcadan əlbir olaraq plan hazırlayıb.

Onlar 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan özlərinə məxsus BMW markalı avtomobilə əyləşməyi tələb ediblər.

Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 144.2.4-cü (adam oğurluğu, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Eyyubov 9 il 6 ay, Tuncay İmanov 9 il 3 ay, Famil Hacıxanov və Vəli Vəliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. 


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər