Ali Məhkəmədə kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.
Qeyd: Hadisə 2023-cü ilin iyunun 27-də, rayonunun Qala qəsəbəsi, Stansiya-Qala ərazisində yerləşən “Qala Kafesi”nin həyətində baş verib.
Akif Məcidov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı dostu, zərərçəkmiş Zaur Nəmətovla əlbəyaxa olub. Sonra isə özündə olan cib bıçağı ilə Zaurun ürək nahiyəsindən bir ədəd zərbə vurub. O, aldığı zərbədən ölüb.