Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işinin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Zaur Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Cinayət işinin məhkəmə baxışı noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı ilin iyulun 2-də Nəsimi rayonunun Mircəlal Paşayev küçəsi, 2 ünvanında baş verib.