Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Bakıda narkotikin təsiri altında "QAZ 3110"la avtoxuliqanlıq edən sürücü həbs edildi

Paylaş:
Bakıda narkotikin təsiri altında "QAZ 3110"la avtoxuliqanlıq edən sürücü həbs edildi
Bizi Google News-da izləyin

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücü saxlanılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"QAZ 3110" markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyevin hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Mehdiyev barəsində nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 45 sutka inzibati qaydada həbs cəzası seçilib.

Paylaş:

Ən son xəbərlər