Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Cahid Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə 2024-cü il saat 10:48 radələrində paytaxtın Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının alt hissəsindəki avtodayanacağın qarşısında baş verib.
Belə ki, Cahid Quliyev həmin ərazidə avtomobili idarə edərkən zərərçəkmişi Hüseyn Bayramov onun hərəkətinə irad bildirib. Zərərçəkmiş şəxsin bu iradları təqsirləndirilən şəxsdə narazılıq və qəzəb yaradıb.