Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Bakıda zəhərlənmə şübhəsi ilə 4 qadın xəstəxanaya yerləşdirilib - Hadisənin "Qızıl Qaya" restoranında baş verdiyi bildirilir

Paylaş:
Bakıda zəhərlənmə şübhəsi ilə 4 qadın xəstəxanaya yerləşdirilib - Hadisənin "Qızıl Qaya" restoranında baş verdiyi bildirilir
Bizi Google News-da izləyin

Oktyabrın 31-də Bakının Nizami rayonunda 4 qadın zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.

Qeyd: Onların “Qızıl Qaya” restoranında zəhərləndiyi bildirilir.

Paylaş:

Ən son xəbərlər