Paytaxtın Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava üzrə polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların tutulması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.