Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Bankda əmanəti olanların gəlirlərinə vergi tətbiq olunacaqsa, nə baş verəcək? - AÇIQLAMA

Paylaş:
Bankda əmanəti olanların gəlirlərinə vergi tətbiq olunacaqsa, nə baş verəcək? - AÇIQLAMA
Bizi Google News-da izləyin

“Ola bilər, banklarda depozit gəlirlərinə vergi tətbiqi uzadılsın. Çox güman, uzadılacaq. Çünki bu güzəştlər 18 aya qədər və daha çox olan əmanətlərə tətbiq olunur. Uzadılmazsa, müəyyən problemlər yaşana bilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, depozit faizləri yüksək olduğundan (10 faiz civarındadır) hələ də cəlbedicidir: “Vergi tətbiq olunarsa, belə cəlbedicidir. Yəni insanlar evdə vəsait saxlamaqdansa, banklara üstünlük verirlər. Bu statistik göstəricilərdə də özünü biruzə verir. Azərbaycanda unikal əmanətçilərin də sayı artıb. Əmanətə qoyulan vəsaitlərin də həcmi artıb. Bu nöqteyi nəzərdən elə bir ciddi problemin olacağını düşünmürəm, hər halda depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqi bir neçə il uzadılmalıdır və daha asan şərtlərlə olmalıdır ki, insanlar daha çox banklara yönələ bilsinlər”.


Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər