Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Paylaş:
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
Bizi Google News-da izləyin

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü olan rayon sakini, 2005-ci il təvəllüdlü E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər