Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Bir milyonluq yeyintiyə görə həbs edilən qadının işi Ali Məhkəmədə

Paylaş:
Bir milyonluq yeyintiyə görə həbs edilən qadının işi Ali Məhkəmədə
Bizi Google News-da izləyin

“Rifah Qrup” MMC-nin 1 milyonluq yeyintidə ittiham olunan baş mühasibi Samirə Zeynalovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Samirə Zeynalova ittihamları qəbul etməyib. O, “Rifah Qrup”un qeyri-rəsmi rəhbəri Elnur Təvəkkül oğlu Əliyevin qanunsuz hərəkətlərindən xəbərdar olduğu üçün cəzalandırıldığını deyib. 

Samirə Zeynalova deyib ki, uçot bazasına əsasən, Elnur Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayaraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb. 

O, son sözlərində şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər