Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

"Dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə çıxaracağıq" - Aktrisa ağladı

Paylaş:
"Dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə çıxaracağıq" - Aktrisa ağladı
Bizi Google News-da izləyin

“Mənə dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə çıxaracağıq. 2010-cu ildə məni beləcə teatrdan uzaqlaşdırdılar”.

Pravda.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “Sevilən səhər” proqramında deyib. Aktrisa bildirib ki, onu teatrdan məcbur işdən çıxarıblar:

“51 yaşıma çatmışam. Ömrümün 31 ilini bu sənətə həsr etmişəm. Mən bu gündən sonra hansı işin qulpundan yapışa bilərəm? Nə edə bilərəm? Sənətimi təmənnasız sevmişəm. İnsan nəyisə təmənnasız sevəndə cavabını istədiyi kimi almır. Teatrla yaşamışam. Universiteti bitirməmiş teatrda çalışırdım. Övladım teatrın pərdə arxasında böyüyüb. Teatr necə mənə doğma gələ bilməz? Bu gün baxıram, həmin teatrın rəhbəri dəyişib. Adını çəkmirəm, adı çox olar. İndi bəlkə eşidir. O utanmadı. Onunla qastrol səfərlərinə getdik. Yanımda oturub mənimlə çörək kəsdi”.

Aktrisa həmin teatrın adını açıqlamasa da, onun 2006-cı ildən 2010-cu ilədək Gənc Tamaşaçılar Teatrında çalışdığı məlumdur.

Paylaş:

Ən son xəbərlər