Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Dənizkənarı Milli Parkda qayalıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Paylaş:
Dənizkənarı Milli Parkda qayalıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
Bizi Google News-da izləyin

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.

Paylaş:

Ən son xəbərlər