“Türkiyənin müxalif Yeni Partiyanın rəhbəri Özgür Özəlin Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng edərək Zəfər Günü münasibətilə təbrik etməsi onu göstərir ki, Türkiyə cəmiyyəti Azərbaycanla dostluğu, qardaşlığı yüksək qiymətləndirir. Daxili siyasi mübarizə məsələsi Türkiyənin daxili işidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, Türkiyənin dünya birliyində hansı məsələləri əsas götürməsi Türkiyənin bütün siyasi qüvvələri üçün eynidir: “Azərbaycanla münasibət Türkiyənin əsas siyasi partiyaları üçün iqtidar, müxalifət məsələsi deyil. Bu məsələdə yekdildirlər. Yeni Partiya sədri Özgür Özəl həmişə Azərbaycanla münasibətləri özünün siyasi qüvvəsi üçün çox vacib strateji məsələ hesab edib. Azərbaycan da Türkiyə, hər bir türk vətəndaşları ilə münasibətləri özü üçün önəmli sayır və siyasi yönümdən asılı olmayaraq Azərbaycanla dostluğa əhəmiyyət verən Türkiyə siyasi qüvvələrinə öz təşəkkürünü bildirir”.
Şəhanə Qədirli