Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Söyüş müxalifətinin qiymətini Azərbaycan xalqı onlara etinasızlığı ilə verib”

Paylaş:
Deputat: “Söyüş müxalifətinin qiymətini Azərbaycan xalqı onlara etinasızlığı ilə verib”
Bizi Google News-da izləyin

“Xaricdəki söyüş müxalifəti nə iqtidar, nə də cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmir. Onların söylədikləri də Azərbaycan mədəniyyətinə, tərbiyəsinə uyğun olmadığına görə ciddiyə alınmır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə xaricdə yaşayan və Baş Prokurorluq tərəfindən barələrində hökm oxunan blogerlərin ölkəyə gətirilmələri barədə danışarkən deyib.

““Niyə onları Azərbaycana gətirmirlər?” məsələsinə gəlincə, onlar çox istərdilər ki, həm söylədikləri, həm də özləri iqtidar üçün maraqlı olsun, müzakirə mövzusu olsunlar. Axı əhəmiyyətsiz faktor heç vaxt diqqət cəlb edə bilməz. Söyüş müxalifətinin qiymətini məhz Azərbaycan xalqı onlara etinasızlığı ilə verib”, - deputat bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər