Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Şahin Abbasov Nazirliyin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Şahin Abbasov 1991-ci ildə anadan olub. 2010-2013-cü illərdə Böyük Britaniyanın SOAS, London Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2014-2015-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq hüquq üzrə magistr təhsili alıb.
2014-2016-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında çalışıb.