Oğuz rayonunda 29 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib.
İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Tural 2024-cü ilin yay aylarında Oğuz rayonunun kəndlərindən birində Ənvərə məxsus evin həyətyanı sahəsində və qonaq otağında yetkinlik yaşına çatmayan Pərvanəyə (adlar şərtidir - red.) qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.
Tural barəsində Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2022-ci ilin payız aylarında Sumqayıt şəhərində işləyib. İş yoldaşına SMS göndərən zaman səhvən həmin mesajı başqa şəxsə - iş üzrə zərərçəkmiş Pərvanənin anasına göndərib və daha sonra həmin nömrəyə zəng edib.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan iki-üç gün sonra həmin nömrədən cavab verən xanımla yazışıb və əlaqə saxlayıb:
"Bu zaman bir-birimizdən xoşumuz gəldi. Aramızda tanışlıq yarandığı üçün və həmin qıza qarşı ciddi fikrim olduğu üçün bu məsələni valideynlərimizə bildirməyi təklif etdik".
Turalın sözlərinə görə, 2023-cü ilin iyun ayında ailə üzvləri - anası, nənəsi, xalası və əmisi oğlu ilə Pərvanənin yaşadığı Oğuz rayonunun kəndində yerləşən evə gediblər:
"Ailə üzvlərim ailə qurmağımızla bağlı söhbət etdilər. İlk əvvəl Pərvanənin atası Ənvər qızının yaşı az olduğu üçün ailə qurmaq məsələsinə razılıq vermədi. Lakin sonradan ümumi söhbət əsnasında dedilər ki, Pərvanənin 18 yaşı tamam olduqdan sonra bu məsələ ilə bağlı fikir bildirəcəklər.
Bundan bir müddət sonra, təxminən 2024-cü ilin yay aylarında anamla birlikdə yenidən Pərvanəgilə getdim. Həmin vaxt Pərvanənin ailəsi yalnız anamı evlərinə qonaq dəvət etsə də, mən də darıxdığım üçün onunla birlikdə getdim. Evdə Pərvanə və onun anası olub. Həmin vaxt Pərvanəgilə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki bağda və evdə xatirə qalması üçün onunla şəkillər çəkdim və şəkillərdə əks olunan hərəkətləri etdik".
Tural bildirib ki, bir müddət onların münasibətləri yaxşı olub və telefonla əlaqə saxlayıblar. Lakin 2024-cü ilin sonlarından etibarən Pərvanəyə təhsil almayacağını və müxtəlif yerlərə, məclislərə getməyəcəyini bildirib:
"Bundan sonra Pərvanənin ailə üzvləri buna qəti narazılıq etdi. Aramızda bu səbəbdən narazılıq yarandı. Bundan sonra əlaqələrimiz kəsildi.