34 il əvvəl girdikləri mənzildən çıxmayan məcburi köçkün ailəsi ilə mənzilin həqiqi sahibləri arasında gərginlik yaşanıb. Hadisə Sumqayıtda baş verib.
Cəbrayıl rayonundan olan məcburi köçkün Nərminə Cəfərova 34 il öncə ailəsi ilə birlikdə vətəndaş Taleh Mirişova məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, 12-ci binanın 6-cı mənzilində məskunlaşıb. Evin sahibi Taleh Mirişov dəfələrlə ailəyə mənzili könüllü boşaltmaq üçün müraciət edib, hətta onlara başqa ünvanda yaşamaq təklifi də irəli sürülüb. Lakin, ailə bu təklifi rədd edərək evdən çıxmayacağını bildirib.