Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Küçə pişiklərinə görə kredit götürüb motosiklet aldı - BAKIDA - VİDEO

Paylaş:
Küçə pişiklərinə görə kredit götürüb motosiklet aldı - BAKIDA - VİDEO
Bizi Google News-da izləyin

Bakıda yaşayan 32 yaşlı Nəsimi İsayev küçə pişiklərini yemləmək üçün kreditlə motosiklet alıb.

Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, o, uzun müddətdir küçə heyvanlarına təmənnasız qayğı göstərir.

N.İsayev  gündəlik həyatının bir hissəsinə çevirdiyi bu işi daha rahat və geniş ərazidə davam etdirmək üçün bir neçə gün əvvəl xüsusi nəqliyyat vasitəsi alıb. Motosikleti də məhz küçə heyvanlarına yem çatdırmaq məqsədilə kreditlə əldə edib. 

Mühafizəçi işləyən N.İsayev bir gün işdə, iki gün isə evdə olduğunu deyir. Boş vaxtının böyük hissəsini küçə heyvanlarına yem verməyə ayırır. Onun sözlərinə görə, bu işə gündəlik təxminən 10-15 manat pul xərcləyir. Bəzən bazardan toyuq ciyəri alaraq evdə qaynadıb pişiklərə verir.

N.İsayev bildirib ki, heyvanları yemləmək üçün günün müxtəlif saatlarında küçələrə çıxır. Bəzən günorta, bəzən isə axşam saatlarında motosikletlə ərazini gəzir. Bir dəfəyə təxminən 30-60 kilometr məsafə qət edə bilir.

O qeyd edib ki, küçə heyvanlarının hamısı insanlara eyni cür yanaşmır. Bəziləri əvvəlcə ondan qorxsa da, zaman keçdikcə qayğıya öyrəşir. Hətta onu uzaqdan tanıyaraq qarşısına qaçan pişiklər də var.

32 yaşlı şəxsin bu təşəbbüsü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. O deyir ki, paylaşımlarından sonra bir çox insan ona dəstək olmaq, yemək göndərmək və xoş sözlərini çatdırmaq istəyib. Bəzi şəxslər isə bu cür təşəbbüsləri təqdir etmək əvəzinə onu tənqid edirlər. Lakin bu münasibət onun fəaliyyətinə mane olmur.

Paylaş:

Ən son xəbərlər