Sosial şəbəkələr, gözəllik trendləri və böyükləri təqlid etmək istəyi uşaqların makiyaj və dəriyə qulluq vasitələrinə marağını getdikcə daha erkən yaşlarda başlamasına səbəb olur.
,
Pravda.az bildirir ki, uaqların kosmetik vasitələrə maraq göstərməsi, xüsusilə analarını təqlid edərək makiyaj etmək istəməsi təbii hal hesab olunur. Lakin bu marağın erkən yaşlarda ağır makiyaja və böyüklər üçün nəzərdə tutulan dəriyə qulluq məhsullarından istifadəyə çevrilməsi narahatlıq doğurur.
Xüsusilə 12-13 yaşlı uşaqların öz yaşlarından xeyli böyük görünməyə çalışması həm fiziki, həm də psixoloji problemlərə səbəb ola bilər.
Onun sözlərinə görə, uşaqların yaşlarından daha böyük görünmək və böyüklər kimi həyat tərzi sürmək istəyi onların inkişaf mərhələlərini vaxtından əvvəl keçməyə çalışması ilə nəticələnə bilər. Bu isə gələcəkdə psixoloji çətinliklər yarada bilər.
Makiyajı tamamilə qadağan etmək düzgün deyil
Valideynlər uşaqların kosmetik vasitələrə marağını anlayışla qarşılamalı, lakin bu marağı təşviq edərək onları erkən yaşlardan makiyaja alışdırmamalıdırlar.
Xüsusilə 3-4 yaşlı uşaqlara makiyaj etdirmək tövsiyə olunmur. Daha böyük yaşlarda isə uşaqlara hər yaşın özünəməxsus görünüşü və davranış xüsusiyyətləri olduğu izah edilməlidir.
12-13 yaşlı uşağın makiyaj etmək istəyini tamamilə qadağan etmək əvəzinə, onun yaşına uyğun seçimlər etməsinə şərait yaratmaq daha məqsədəuyğundur.
Valideynlər uşaqlara ağır makiyajın dərilərinə zərər verə biləcəyini və yaşlarından böyük görünməyə ehtiyac olmadığını başa salmalıdırlar.
Sosial şəbəkələrin gözəllik anlayışı uşaqlara təsir edir
Valideynlər uşaqların xarici görünüşü ilə bağlı danışarkən xüsusilə diqqətli olmalıdırlar.
Uşaqlarda yalnız arıq, fit və müəyyən üz cizgilərinə sahib insanların gözəl hesab edildiyi düşüncəsi formalaşdırılmamalıdır.
Hər insanın özünəməxsus gözəlliyə sahib olduğu, gözəlliyin vahid standartının olmadığı uşaqlara izah edilməlidir. Təbii görünüşün də gözəlliyin bir forması olduğu vurğulanmalıdır.
Uşaq makiyajsız özünü gözəl hiss etmədiyini deyirsə, bu, özünəinam problemi, sosial şəbəkələrin təsiri və ətrafdakı insanların fikirlərinə həddindən artıq bağlılıqla əlaqəli ola bilər.
Uşaq dərisi kosmetik vasitələrə qarşı daha həssasdır
Uşaqların dəri baryeri böyüklərlə müqayisədə daha nazik, həssas və keçiricidir. Buna görə kosmetik məhsulların tərkibindəki ətirlər, qoruyucular, boyalar və kimyəvi maddələr uşaqların dərisində daha güclü reaksiyalara səbəb ola bilər.
Erkən yaşlarda müntəzəm makiyaj və yaşa uyğun olmayan dəriyə qulluq vasitələrindən istifadə aşağıdakı problemlərə yol aça bilər:
Allergik reaksiyalar və kontakt dermatit: Dəridə qızartı, qaşınma, yanma və səpkilər yarana bilər.
Dəri baryerinin zədələnməsi: Ağır kosmetik vasitələr və tez-tez təmizləmə dərinin təbii nəmlik balansını poza bilər.