Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Elman Nəsirov: “Milli satqınlar, xainlər, dönüklər, yanılırsınız”

Paylaş:
Elman Nəsirov: “Milli satqınlar, xainlər, dönüklər, yanılırsınız”
Bizi Google News-da izləyin

“Hər kəsə bəlli həqiqətdir ki, bu gün dünyada dövlətlər arasında etimadsızlıq hökm sürməkdədir. Bu reallıqda Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün nümunədir, örnək ola biləcək münasibətdir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və biz əsrlərin sınağından çıxmış dostluq və qardaşlığa malikik. Münasibətlərimiz də strateji və hərbi tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlib. Bundan yüksək səviyyə yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputatın sözlərinə görə, müəyyən anti-Azərbaycan dairələr bunu həzm edə bilmirlər: “Onların gözləri götürmür, yuxularına haram qatılır və çalışırlar ki, çirkin ssenariləri işə salsınlar, iki dövlət, xalq arasında etimadsızlıq toxumu səpsinlər. Amma bu dəfə də onların niyyəti gözlərində qaldı, həvəslənmişdilər, sevinmişdilər ki, deyəsən onların çirkli niyyətləri baş tutmağa başlayıb. Amma tələsik bunu etdilər. Bizim dostluğumuz və qardaşlığımız elə möhkəm tellərlə bağlıdır ki, belə cəhdlər onu sındıra bilməz, məcrasını dəyişə bilməz. Türkiyə Prezidenti cənab Ərdoğanın Zəfər Günündə Azərbaycana, Qarabağa səfəri dediklərimizi bir daha təsdiqlədi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP31 tədbirində Türkiyə səfəri, orada keçirdiyi görüşlər, səsləndirilmiş bəyanatlar bir daha bu həqiqəti təsdiqlədi ki, Azərbaycan -Türkiyə dostluğu, qardaşlığı əbədidir və kimsə onu pozmağa cəhd etsə belə nəticə 0-a bərabərdir. Ancaq görünür xisləti mənfi, niyyəti çirkli olan, şeytan simalı qüvvələr, şəxslər bu vəziyyətlə barışa bilmirlər. Onların ürəyi sıxılır, siyasi isteriya vəziyyətinə düşürlər və dezinformasiya yaymağa başlayırlar. “Fake” məlumatlar yayırlar ki, guya yenə də münasibətlərimizdə gərginlik var və bu səfər və bu təmaslar heç də hər şeyi həll etmədi. Milli satqınlar, xainlər, dönüklər, yanılırsınız...Sizin çirkin niyyətləriniz yenə də ürəyinizdə qalacaq. Azərbaycan və Türkiyə dostluğu əbədidir. Bu faktı qəbul edin, həzm edin. Həzm edə bilmədikcə də orqanizminizdə çox ciddi çatlar baş verəcək. Boş yerə enerjinizi sərf etməyin. Azərbaycan Türkiyə dostluğu əbədidir, sarsılmazdır. Biz bir millət iki dövlətik”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər