Əməkdar artist Elton Hüseynəliyev böyük qızı Məryəmin İngiltərədə yaşadığını açıqlayıb.
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
Müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, qızının Londonda təhsil aldığını bildirib:
"Böyük qızım Londonda təhsil alır. Məryəm İngiltərəyə getdi. Beynəlxalq əlaqələri seçdi. Özü seçdi, mən də dəstəklədim. Xanımım Tamilla uşaqların təhsili ilə bağlı çox həssasdır"./Axşam.az