Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Emin Zeynalov: “Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi keyfiyyət infrastrukturunu gücləndirməkdir”

Paylaş:
Emin Zeynalov: “Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi keyfiyyət infrastrukturunu gücləndirməkdir”
Bizi Google News-da izləyin

“Bu gün ölkədə qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur. Onların sırasında sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırılmanı həyata keçirən qurumlar və inspeksiya orqanları yer alıb. Akkreditasiya attestatlarının bu qurumlara verilməsi onların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqi deməkdir. Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir”.

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda maarifləndirmə tədbirində deyib.

Direktor bildirib ki, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun vacib tərkib hissəsi olmaqla məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində vacib rol oynayır: “Azərbaycan Akkreditasiya Mərkəzi bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Mərkəzin əsas məqsədi akkreditasiya sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkəmizdə keyfiyyət infrastrukturunu gücləndirməkdir. Bu fəaliyyətin ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu xüsusi qiymətləndirir, açıq dialoqun, məlumat mübadiləsinin və akkreditasiya sahəsində ictimai maarifləndirmənin genişləndirilməsini prioritet hesab edirik”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər