Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.
Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə səfərbərliyinin həyata keçirildiyini bildirib.