Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Ərəbistandan qurban əti gətirilməsinə deputatdan reaksiya: “Problem varsa, hökumət həll edir”

Paylaş:
Ərəbistandan qurban əti gətirilməsinə deputatdan reaksiya: “Problem varsa, hökumət həll edir”
Bizi Google News-da izləyin

Səudiyyə Ərəbistanı Krallığı tərəfindən “Adahi” proqramı çərçivəsində Azərbaycana 46,5 ton qurban ətinin göndərilməsi və bunun geniş şəkildə tirajlanması müzakirələrə səbəb olub. Bildirilir ki, Azərbaycanı bu gün başqa ölkənin ətinə möhtac qalıbmış kimi göstərmək və xalqımızı kasıb xalq kimi dünya ictimaiyyətinə təqdim etmək düzgün addım deyil.

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, kənd təsərrüfatı ilə bağlı keçirilən müşavirədə bu problemlər qaldırılıb.

Deputat bildirib ki, həqiqətən də, kənd təsərrüfatı istiqamətində müəyyən işlər görülməlidir: “Hökumət nə etməlidir? Müəyyən boşluq, problem varsa, hansısa ölkədən bunu həll etməlidir. Məncə, bu məsələdə “Niyə əti xaricdən alırıq?” yox, “Kənd təsərrüfatında niyə bu məsələlərin həllini gerçəkləşdirmirik?” deyə bir sual ortaya qoyulmalıdır. Bunun üzərində düşünməliyik. Hər halda işlər gedir. Ümid edirəm ki, kənd təsərrüfatında aparılan siyasət müəyyən nəticələrə gətirib çıxara bilər”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər