Azərbaycanda gizli eşq yaşayan evli qadın şantaj olunub.
Pravda.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonlardan birində qeydə alınıb.
Məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən Nigar Səmədova “tiktok” sosial şəbəkəsində 35 yaşlı Rüstəm Rzayevlə (adlar şərti) tanış olub. Sonradan onlar arasında sevgi münasibətləri yaranıb. Nigar evli və 2 övladının olmasına baxmayaraq, Rüstəmlə görüşüb. Münasibətləri zamanı qadın sevgilisinə 2940 manat pul bağışlayıb. Görüşlərin birində Rüstəm Nigara cinsi əlaqə təklif edəndən sonra qadın ayrılmaq qərarına gəlib. Bunu bilən Rüstəm isə Nigardan istədiyi vaxt əldə etdiyi pulları itirməmək üçün qadını şantaj etmək qərarına gəlib.
O, aralarında olan sevgi münasibətlərini ərinə, qohumlarına və işlədiyi məktəbdə iş kollektivinə deyəcəyi hədəsi ilə Nigarı hədələyib. Bu üsulla ondan 4917 manat pul istəyib. N. Səmədova əvvəlcə bu addımı atmaması üçün Rüstəmə yalvarıb və sakitcə münasibətlərini bitirməyi istəyib. Lakin Rüstəm onun bu istəyinə məhəl qoymayıb.