Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Abşeronda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Paylaş:
Abşeronda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Bizi Google News-da izləyin

Bu gün saat 04:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

1950-ci il təvəllüdlü şəxsə (kişi) başın tüklü hissəsinin, üzün, boyunun, yuxarı ətrafların, gövdənin arxa səthinin və sağ ayağın II-III dərəcəli termiki yanığı, tənəffüs yollarının yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1957-ci il təvəllüdlü şəxsə (qadın) üzün, hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb.

APA

***

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb.

Paylaş:

Ən son xəbərlər