Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi “Azərmaş Park” MMC ilə 1 924 500 manatlıq müqavilə bağlayıb.
Pravda.az-ın xəbərinə görə, bu, “İSUZU HD 50”, “İSUZU NOVA” və pikap “İSUZU JİM DLX” (kabinanın quraşdırılması daxil) markalı nəqliyyat vasitələrinin alınması üçündür.