Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva ev dustaqlığına buraxılıb.
Bu barədə bu gün Sumqayıt Şəhər Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olması, uşaqlarını təkbaşına böyütməsi, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılması və daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması nəzərə alınıb, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.