Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Güclü liderin, qüdrətli Ordunun və yenilməz xalqın birliyindən doğan əbədi Zəfər - RƏY

Paylaş:
Güclü liderin, qüdrətli Ordunun və yenilməz xalqın birliyindən doğan əbədi Zəfər - RƏY
Bizi Google News-da izləyin

“8 Noyabr Azərbaycan xalqının tarixində ən şərəfli və qürurverici günlərdən biridir. Altı il əvvəl qazandığımız möhtəşəm Zəfər 30 ilə yaxın davam edən Qarabağ həsrətinə son qoydu, xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin təntənəsinə çevrildi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Fikirləri qalmaqala səbəb olan deputat: “Günahkar axtaran  işsiz-gücsüzlər...” - FOTO Pravda.az

Deputat bildirib ki, bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna xidmətləri var: “Dövlət başçımızın uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi, güclü iqtisadiyyatın və müasir Ordunun formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər Zəfərimizin möhkəm təməlini yaratdı. Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin hər bir çıxışı, azad olunan torpaqlarımızla bağlı verdiyi müjdələr xalqımızda böyük inam və ruh yüksəkliyi doğururdu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və yüzlərlə yaşayış məntəqəsinin, nəhayət, noyabrın 8-də Şuşanın azad edilməsi hərb tariximizin şanlı səhifələrinə çevrildi. Bu Qələbənin arxasında Azərbaycan əsgərinin sonsuz Vətən sevgisi, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı dayanır. Vətən müharibəsi həm də sarsılmaz xalq–iqtidar birliyinin parlaq təzahürü oldu. Həmin günlərdə bütün Azərbaycan bir amal ətrafında birləşmişdi. Ön cəbhədə qəhrəman əsgərlərimiz, arxa cəbhədə isə milyonlarla soydaşımız eyni məqsəd uğrunda mübarizə aparırdı. Prezidentin qətiyyəti, Ordunun qüdrəti və xalqın sonsuz inamı vahid gücə çevrilmişdi. “Dəmir yumruq” məhz bu birliyin və yenilməz iradənin rəmzi oldu. 2020-ci ildə qazanılan Zəfər 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası ilə daha da möhkəmləndi. Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltması xalqımızın yaddaşına əbədi həkk olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, soydaşlarımızın doğma yurdlarına qayıdışı tarixi Qələbəmizin bəhrələridir. 8 Noyabr güclü liderin, qüdrətli Ordunun və yenilməz xalqın birliyindən doğan əbədi Zəfərimizin rəmzidir. Bu şanlı tarixi bizə yaşadan qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər