Xalq yazıçısı Anar Rzayev Xalq artisti Leyla Şıxlinskayanın illərdir ürəyində gəzdirdiyi arzunun gerçəkləşməsi üçün ilk addımı atıb.
Məlumata görə, Leyla Şıxlinskaya vaxtilə "Gün keçdi" bədii filmində canlandırdığı Əsmər obrazının sonrakı həyatından bəhs edən filmin çəkilməsini arzulayıb. Hətta aktrisa ekran əsəri üçün "Bu gün də keçdi" adını da seçib. Onun istəyinə görə, yeni filmdə “Gün keçdi”dən müəyyən kadrlar da yer almalıdır.