Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsində bəyan edilməyən mobil telefonlar aşkarlandı

Paylaş:
Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsində bəyan edilməyən mobil telefonlar aşkarlandı
Bizi Google News-da izləyin

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər