Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin edilib.
Məlumata görə, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun müvafiq əmri ilə bu vəzifəyə Vahid Qadaşov Yusif oğlu təyin olunub.
Vahid Qadaşov uzun illər Qax rayonunda meşəbəyi, baş meşəbəyi, daha sonra isə 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində 2025-2026-cı illərdə həmin mərkəzin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədov və meşəbəyi Vidadi Əsgərov barəsində cinayət işi başlanıb.