Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Həmkəndlisini öldürən tələbə yenidən məhkəmə qarşısında

Paylaş:
Həmkəndlisini öldürən tələbə yenidən məhkəmə qarşısında
Bizi Google News-da izləyin

İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 20-nə təyin edilib.

Qeyd: Hadisə 17 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli rayonunun Sarıxanlı kəndində qeydə alınıb.

Belə ki, Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırlatma: Fərid Allahverdiyev Lənkəran Dövlət Universitetinin tələbəsi olub.

Paylaş:

Ən son xəbərlər