Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb

Paylaş:
Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
Bizi Google News-da izləyin

İlin soyuq dövründə fermalarda yaşlı heyvanlara verilən suyun temperaturu 10-12 dərəcə olmalıdır.

Bununla bağlı müvafiq qərarı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası imzalayıb.

Cavan heyvanlar üçün isə suyun temperaturu onların yaşından asılı olaraq 16-30 dərəcə aralığında müəyyən edilməlidir.

Sənədə əsasən, müəssisələrin istehsalat su kəməri heyvan və quşların suvarılması, yemin hazırlanması, südün sağılması, ilkin emalı və soyudulması üçün içməli su keyfiyyətində təminat həyata keçirməlidir. Heyvanların, döşəmələrin və avadanlığın yuyulması, eləcə də sağım qurğularının və süd qFerablarının sanitar təmizlənməsi üçün də eyni keyfiyyətdə su nəzərdə tutulmalıdır.

İçməli su əldə etmək mümkün olmayan ərazilərdə suyun keyfiyyəti dövlət sanitariya-epidemioloji və baytarlıq nəzarəti orqanlarının tələblərinə uyğun müəyyən edilə bilər. Bu istisna süd avadanlığının soyudulması və yuyulması üçün istifadə edilən suya şamil olunmur.

Paylaş:

Ən son xəbərlər